Hər kəsə Salam!
Mən, Mikail Quliyev Bakı şəhərində ziyalı ailəsində doğulmuşam. Professional fotoqraf və retuşçuyam. Hal-hazırda geyim və toy fotoqrafiyası ilə məşğulam. Dəbə vurğun olduğum üçün geyim çəkilişlərindən xüsusi zövq alıram. Xanımların gözəlliyi və təbəssümünü hiss edərək onların qəlbini ovsunlayan fotolar ərsəyə gətirmək olduqca xoşdur. Fofoqrafiyaya maraq mənə ailəmizdən, daha doğrusu doğma babam Əlirza Əliyevdən keçib. O, peşəkar rəssam və mükəmməl babadır. Rənglərin ahəngi, təbiətin gözəlliyini duymaq hissini mənə o, aşılayıb. Uşaq ikən onunla çox vaxt keçirərdim. Hal-hazırda da bilmədiklərimi babamdan soruşur, yaddaşımı təzələmək üçün ondan öyrənirəm. Amma peşə seçiminə gəldikdə, rəssam yox, fotoqraf olmaq istədiyimi bildirdim. Səbəb isə müasir texnoloji yeniliklərə laqeyd olmamağım idi. 2012-ci ildən cızdığım yolda bu günə kimi irəliləyirəm. Hal-hazırda özümə məxsus bir komandam var. Çəkilişlərdə komandam mənimlə birgə fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, fotoqrafiya sənəti bir dəryadır. Hər kəs özünü fotoqraf adlandıra bilər, lakin işinin peşəkarı olmaq hamıya nəsib olmur. Mükəmməlliyə can atan biri olduğum üçün daim öz üzərimdə işləyirəm. Mənə görə uğur qazanmağın ilk qaydası, evində xoşbəxt olmaqdır.İkinci qayda isə sənətinin mahir bilicisinə çevrilməkdir.
Всем привет!
Я, Микаил Гулиев, родился в Баку в интеллигентной семье. Я профессиональный фотограф и ретушер. В настоящее время занимаюсь fashion и свадебными съёмками. Мне приносит особое удовольствие съёмка одежды, так как я влюблён в моду. Довольно таки приятно создавать фотографии, покоряющие сердца дам, чувствуя их красоту и улыбку.
Интерес к фотографии перешёл мне от семьи, а точнее от моего дедушки Алирзы Алиева. Он профессиональный художник и идеальный дедушка. Дедушка привил мне чувство ощущения красоты природы и гармонии цветов. Будучи ребёнком, я проводил с ним много времени. В настоящее время я также спрашиваю у дедушки всё, чего не знаю и узнаю у него чтобы освежить память. Однако, когда дело дошло до выбора профессии, я дал знать, что хочу быть фотографом, а не художником. Причина была в том, что я был неравнодушен к технологическим новинкам. Я иду по намеченному пути с 2012 года по сей день. В данный момент у меня есть собственная команда. На съёмках моя команда ведёт работу вместе со мной. Ни для кого не секрет, что искусство фотографии – это море. Фотографом себя может назвать каждый, однако не всем суждено стать профессионалом своего дела. Как человек стремящийся к совершенсву, я постоянно работаю над собой. Для меня первое правило успеха — быть счастливым дома. Второе правило — стать знатоком своего искусства.